
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə» 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də Azərbaycan Respublikasının «Azərqızıl» Dövlət Şirkəti ilə ABŞ-da təsis edilən RV INVESTMENT GROUP SERVICES LLC arasında Gədəbəy, Qoşa (Tovuz), Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü (Zod/Kəlbəcər), Qızılbulaq (Tərtər) və Vejnəli (Zəngilan) perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır.
https://e-qanun.az/framework/4274
20 avqust 1997-ci ildə keçirilən imzalama mərasimində Azərbaycanın Prezidenti Heydər Əliyev qeyd etmişdir ki, sazişə görə, yataqların istismarından yaranacaq gəlirdə «Azərqızıl» Dövlət Şirkətinin payı 51 faiz, RV INVESTMENT GROUP SERVICES LLC şirkətinin payı 49 faizdir, sazişin müddəti 15 ildir, 5 il və daha 5 il artırıla bilər. Heydər Əliyev yekun nitqində “Amerika Birləşmiş Ştatlarının çox mühüm bir şirkəti” olaraq təqdim etdiyi RV INVESTMENT GROUP SERVICES LLC, cəmi 1 il 3 ay öncə - 23 may 1996-cı ildə ABŞ-ın Delaware ştatında İran əsilli Reza Vəziri (Azərbaycan Dövlət Vergi reyestrində Mohammad Reza Vaziri kimi qeyd olunub) tərəfindən təsis edilib. 1 iyun 2021-ci ildə 1770 dollarlıq vergi borcunu ödəmədiyinə görə Delaware ştatının Vergi idarəsi tərəfindən RV INVESTMENT GROUP SERVICES LLC-nin şirkət statusu ləğv edilib.
https://lib.aliyevheritage.org/az/9362392.html
https://drive.google.com/file/d/1_ioXsRhz8m5S59DfqdMDc8ZNeARKvLSd/view
Qeyd olunan sazişin 62-ci səhifəsində RV INVESTMENT GROUP SERVICES LLC şirkəti adından sazişi Mohammad Reza Vaziri imzalayıb.
https://drive.google.com/file/d/1Jm4IZ6K7ho0Kbjp4Y4onR_kuiIjzPKIV/view
14 fevral 1996-cı ildə isə Reza Vəziri tərəfindən ABŞ-ın Maryland ştatında 12307 WASHINGTON AVENUE ROCKVILLE MD 20852 adresində RV INVESTMENT GROUP SERVICES LTD şirkəti qeydiyyatdan keçirilib. 20 avqust 1997-ci ildə «Azərqızıl» Dövlət Şirkəti ilə RV INVESTMENT GROUP SERVICES, LLC arasında bağlanan sazişin 55-ci səhifəsində ABŞ şirkətinin adresi kimi 12307 WASHINGTON AVENUE ROCKVILLE MD 20852 USA göstərilib. Halbuki RV INVESTMENT GROUP SERVICES LTD və RV INVESTMENT GROUP SERVICES LLC Reza Vəziri tərəfindən fərqli ştatlarda qurulan iki fərqli şirkətdir.
https://opencorporates.com/companies/us_md/D04331070
https://drive.google.com/file/d/1GHmHoXXmh-PgNf-Jrhi6oj7AYwgtRmo4/view
https://egov.maryland.gov/BusinessExpress/EntitySearch/OrderDocuments/D04331070#/
Maryland ştatında təsis edilən RV INVESTMENT GROUP SERVICES LTD 6 oktyabr 1998-ci ildə fəaliyyətini dayandırıb.
https://drive.google.com/file/d/1caNwZ8O6u0Buna2eWfYIpPDwhzuaWis1/view
RV INVESTMENT GROUP SERVICES LTD adında daha bir şirkət isə Reza Vəziri tərəfindən 8 aprel 1996-cı ildə Delaware ştatında təsis edilib. Bu şirkət hələ də aktivdir.
https://opencorporates.com/companies/us_de/2611043
15 may 1998-ci ildə, Reza Vəziri tərəfindən RV INVESTMENT GROUP SERVICES LLC şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi (VÖEN: 9900047931) təsis edilib. Nümayəndəlik AZ1007, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HƏNİFƏ ƏLƏSGƏROV, ev 16 adresində fəaliyyət göstərir.
https://drive.google.com/file/d/1AIJZVx6_edvlhCVVGE6qyAzvSqxAyMNY/view
9 sentyabr 1998-ci ildə eyni adresdə Reza Vəziri tərəfindən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi (VÖEN: 9900047801) təsis edilib.
https://drive.google.com/file/d/1doI0EJ0rrjtYrrsII-NUmBX5HnnMnp8H/view
Böyük Britaniyanın mülkiyyətində olan Kayman Adalarının (Cayman Islands) ticarət reyestr məlumatlarına görə, Azerbaijan International Mining Company Limited ofşor şirkəti 12 iyun 1998-ci ildə təsis edilib. Şirkətin direktorları Reza Vəziri və Michael Charles Sununudur. Bu şirkət daha sonra fəaliyyətini dayandırıb. Ancaq 8 fevral 2005-ci ildə yenidən fəaliyyətə başlayıb.
https://drive.google.com/file/d/1oD8QzI7GRJrRWKQTqASusXaIFLW93X4N/view
Azerbaijan International Mining Company Limited şirkətinin səhmdarları barədə məlumat, Kayman adalarının reyestrində ictimaiyyətə açıq deyil. Ancaq ANGLO ASIAN MINING PLC şirkətinin 2013-cü ilin yekunlarına dair hesabatına görə, Azerbaijan International Mining Company Limited və RV INVESTMENT GROUP SERVICES LLC şirkətlərinin bütün səhmləri ANGLO ASIAN MINING PLC şirkətinə məxsusdur.
https://www.annualreports.com/HostedData/AnnualReportArchive/a/LSE_AAZ_2013.pdf
Azerbaijan International Mining Company Limited, daha öncə RV INVESTMENT GROUP SERVICES LLC ilə bağlanan sazişdə nəzərdə tutulan 49 faiz payla təmsil olunur. Beləliklə, Hasilatın Pay Bölgüsü sazişi ABŞ-da yaradılan RV INVESTMENT GROUP SERVICES LLC şirkəti ilə imzalansa da, mədən əməliyyatları Kayman adalarında yaradılan Azerbaijan International Mining Company Limited ofşor şirkəti tərəfindən aparılır.
Reza Vəziri Azərbaycanın İctimai televiziyasına verdiyi müsahibədə dünya bazarlarında qızıl qiymətlərində yaşanan kəskin düşüşün, nəzərdə tutulan investisiya planının bir müddət (1997-2004-cü illər) təxirə salınmasına səbəb olduğunu qeyd edib.
https://www.youtube.com/watch?v=krQaWVT-oiQ&t=471s
2000–ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "Azərqızıl" Dövlət Şirkəti ləğv edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilmişdir.
https://e-qanun.az/framework/281
5 fevral 2004-cü ildə Londonda OTTOMAN MINING LIMITED (hal-hazırda ANGLO ASIAN OPERATIONS LIMITED olaraq tanınır), 9 sentyabr 2004-cü ildə isə Londonda ANGLO ASIAN GOLD LIMITED (hal-hazırda ANGLO ASIAN MINING PLC olaraq tanınır) şirkətləri təsis edilib.
https://find-and-update.company-information.service.gov.uk/company/05035666
https://find-and-update.company-information.service.gov.uk/company/05227012
24 aprel 1953-cü il təvəllüdlü, ABŞ-ın Maryland ştatında qeydiyyatda olan Reza Vəziri 1 yanvar 2005-ci ildə ANGLO ASIAN MINING PLC şirkətinə baş direktor təyin olunub.
https://drive.google.com/file/d/1zEbrDqlNsRo8gr4wYmoEqUNK2w8V1fyc/view
15 aprel 2019-cu ildə İngiltərə ticarət reyestrinə bildirilən bəyana görə, Reza Vəziri şirkətin əsas səhmdarıdır.
https://drive.google.com/file/d/1lFyiCj94q5fdUuRv1VnYVnKHanKl9twb/view
Reza Vəziri ANGLO ASIAN MINING PLC şirkətində 28,71 faizlə ən böyük səhmdardır. İkinci böyük səhmdar, 1989-91-ci illərdə ata Corc Buş hökumətində Ağ Evin kadrlar şöbəsinin rəhbəri işləmiş John Henry Sununu-dur. O ANGLO ASIAN MINING PLC şirkətində 9,4 faiz paya malikdir. Şirkətin səhmlərinin 55,79 faizi London Fond Birjasında alınıb satılır.
https://www.marketscreener.com/quote/stock/ANGLO-ASIAN-MINING-PLC-4005431/company/
2015-ci ilə qədər ANGLO ASIAN MINING PLC şirkətində Azərbaycan vətəndaşı Xəqani Bəşirov 16,5% paya malik idi.
https://www.annualreports.com/HostedData/AnnualReportArchive/a/LSE_AAZ_2009.pdf
7 yanvar 1961-ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, ev 21, mən.32-də qeydiyyatda olan Bəşirov Xəqani Əyyub oğlunun təqsirləndirilən şəxs qismində saxlanması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xüsusi mühüm işlər üzrə böyük müstəntiqi Zakir Məmmədovun verdiyi vəsatət, baş prokuror Zakir Qaralovun verdiyi təqdimatda deyilir ki, Xəqani Bəşirov Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat (232 milyon dollar) kredit alıb və qaytarmayıb:
«Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədi ilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu «OCEANSTREAM İNC» şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış «Ceneral Konstrakşn» MMC-nin təsisiçilik hüququnu əldə edərək, «Xəzər Menecment Sistems» MMC, «Ceneral Konstrakşn» MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş «Aygün İnşaat», «Aqora», «Pərvanə», «Uni Oyl», «Alfa Layn», «Beta Layn», «Kondor Qrup» və «Siqma Layn» MMC-lər tərəfindən «Azərbaycan Beynəlxalq Bankı» ASC-dən (ABB) qanunsuz olaraq kredit alınıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib».
https://www.azadliq.org/a/24263362.html
https://drive.google.com/file/d/1XlAeIXq5aOZNNeNTQtztMrdOoRrwhR65/view
Haqqında 2010-cu il sentyabrın 12-də həbs qərarı seçilən Xəqani Bəşirov 2011-ci il yanvarın 17-də azadlığa buraxılıb.
https://drive.google.com/file/d/1t8siKwUp0zEYaBrjl3Te8Xp_dCMJ5gFP/view
Xəqani Bəşirov, 2001-2010-cu illərdə İngiltərədə təsis edilən çox sayda şirkətin direktorudur.
İngiltərə Milli Cinayətlər Agentliyi 2018-ci ildə aparılan istintaqda Xəqani Bəşirovun Azərbaycan Beynəlxalq Bankının keçmiş icraçı direktoru Cahangir Hacıyevlə əlaqələrini aşkar etmişdir.
Cahangir Hacıyev və Xəqani Bəşirov eyni illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində çalışıblar. Həmin dövrdə onlarla birgə XİƏN-də işləmiş, Xəqani Bəşirova məxsus Ceneral Konstrakşn MMC-nin (VÖEN: 0200007861 ) direktoru, «Vneşekspertservis» şirkətinin əməkdaşı Dünyamin Xəlilov 2005-ci ildə ABB-nın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş Xəlilovun Bəşirovla birgə işlədiyi «Ceneral Konstrakşn» Məhdud Məsuliyyətli Cəmiyyəti də Beynəlxalq Bankdan kredit alıb qaytarmayan şirkətlərdəndir.
Bəşirovun direktoru olduğu «Vneşekspertservis» şirkətinin başqa bir əməkdaşı - maliyyə məsələləri üzrə direktor Vəli Kərimov isə ABB-də Müşahidə Şurasının üzvüdür.
https://insidecroydon.com/2023/06/22/beckenhams-tory-mp-failed-to-register-his-arms-trade-link/
John Henry Sununu 7 iyul 2005-ci ildə ANGLO ASIAN MINING PLC şirkətinə direktor təyin edilmişdir.
https://drive.google.com/file/d/1HpXfQrJsBNm5WhhFHNweI9PmfKhrGTwJ/view
ANGLO ASIAN MINING PLC şirkətinin törəmə müəssisələri bunlardır:
- RV Investment Group Services LLC (Delaware, USA)
- Azerbaijan International Mining Company Limited (Cayman Islands)
- Anglo Asian Operations Limited (UK)
- Hollance Holdings Limited (British Virgin Islands)
- Anglo Asian Cayman Limited (Cayman Islands)
https://drive.google.com/file/d/1T0eRFm71bulVzt_gAK-aX7J_e3x79Jib/view
ANGLO ASIAN MINING PLC tərəfindən istismar edilən, Gədəbəy rayonunda yerləşən qızıl yatağının qızıl ehtiyatı təxmini hesablamalara görə 22 tondur. Bundan əlavə, yataqda 192 ton gümüş, 37 min ton da mis olduğu təxmin edilir. Azerbaijan International Mining Company (Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti) 2006–2007-ci illərdə Gədəbəy Kontrakt Sahəsində yerləşən eyniadlı qızıl-mis yatağında almaz və əks-sirkulyasiya üsulları ilə ümumi dərinliyi 17700 metr olan 146 kəşfiyyat quyusu qazmaqla yatağın filiz ehtiyatlarını qiymətləndirib. Yataqda açıq üsulla mədən fəaliyyətinə 2008-ci ildə "Anglo Asian Mining PLC" şirkətinin törəmə müəssisəsi olan Azerbaijan International Mining Company (AIMC ) şirkəti tərəfindən bərpa olunub. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədi ilə "heap leach" tipli zavod qurulub. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuş və “Ayrım” brendi ilə beynəlxalq bazara ixrac edilmişdir. Qızıl zavodunda emal olunan xammal sonradan İsveçrəyə göndərilir və orada təkrar emalla külçə formasına salınaraq Avropa bazarlarına satışa çıxarılır. Təkrar emal üçün İsvəçrənin MKS Finance SA və Argor-Heraeus SA firmalarının xidmətindən istifadə edilir.
Gədəbəy Qızıl-Mis Emalı Zavodunun açılışında Prezident İlham Əliyev, Azerbaijan International Mining Company şirkətinin prezidenti Reza Vəziri və Anglo-Asian Mining PLC şirkətinin rəhbəri Con Sununu iştirak etmişdir.
https://azertag.az/en/xeber/583182
2013-cü ilin sentyabrında Prezident İlham Əliyev Gədəbəy rayonunda “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni qızıl zavodunun açılışında iştirak etmişdir.
https://president.az/az/articles/view/9268
Qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə görə, "Anglo Asian Mining PLC" şirkəti və törəmə müəssisəsi olan Azerbaijan International Mining Company şirkəti Gədəbəy yatağında 2027-ci ilin martına qədər fəaliyyət göstərmə haqqına sahibdir. Sazişin müddəti daha 5 il uzadıla bilər. "Anglo Asian Mining PLC" şirkətinin 2021-ci ilin yekunlarına dair hesabatında kimyəvi tullantıların (sianid) axıdılması üçün 2022-ci ildə mövcud su anbarının (süni gölün) yaxınlığında, mis-qızıl zavodundan 7 km uzaqlıqda (Söyüdlü kəndi ərazisində) yeni anbarın salınmasının nəzərdə tutulduğu qeyd olunub. Hesabatda o da qeyd olunub ki, 2020-ci ildə 7 metr hündürlüyündə yeni bənd salındıqdan sonra mövcud su anbarı 6 milyon kub metr su tutma gücünə malikdir və 2023-cü ilin sonuna qədər istifadəyə yararlıdır. Hesabatda yeni anbarın salınması üçün dövlət qurumlarından müvafiq icazənin alındığı qeyd olunub.
https://drive.google.com/file/d/1LnUCX1PIq0l0EuF2GO1xjymCVPykewog/view
2022-ci il iyulun 5-də Azərbaycan Hökuməti 1997-ci ildə imzalanan "Hasilatın Pay Bölgüsü" Sazişinə dəyişiklikləri təsdiqləyib və Şirkət ümumi sahəsi 882 kvadrat kilometr olan Qaradağ, Xarxar və Dəmirli üç yeni kontrakt sahəsi alıb. Yeni kontrakt sahələrindən ikisi (Qaradağ və Xarxar) mövcud Gədəbəy və Qoşa Kontrakt Sahələrinin sərhədindədir. Dəmirli Kontrakt sahəsi Qızılbulaq Kontrakt sahəsi ilə həmsərhəddir, hər iki sahə Azərbaycanın Qarabağ İqtisadi Rayonunun ərazisində yerləşir və hazırda Rusiya sülhməramlılarının nəzarəti altındadır.
https://www.aimc.az/History?language=AZ
Texnika elmləri doktoru Elçin Cavadov mediaya bildirib ki, Gədəbəyin Söyüdlü kənd sakinləri etiraz etməkdə haqlıdırlar. Onun sözlərinə görə, sözügedən gölün tikintisi zamanı heç bir təhlükəsizlik qaydalarına riayət olunmayıb. Gölün qabaq hissəsi, o cümlədən alt hissəsində heç bir beton və ya hidroizolyasiya qoyulmayıb. Bu gün o gölün sahəsi 10 hektara çatsa da, üst hissəsi bağlanmayıb. Beləcə, sızıntı və buxarlanma vasitəsi ilə təbiət, eləcə də insanlar sianid turşusunun təsiri nəticəsində məhv olur.
"Bu sianid gölləri orada yaranan ildən rayonun bir çox kəndlərində meyvə və digər kənd təsərrüfatı məhsulları əmələ gəlmir. Kartof artıq yoxa çıxmaq üzrədir, qısa bir müddət ərzində xarab olur. Xərçəng, böyrək, ürək, ağ ciyər, bronxit kimi xəstəliklər baş alıb gedir.
Tamamilə dolmaq üzrə olmasına baxmayaraq, zavod o göldən istifadəyə davam edir. Güclü bir yağış nəticəsində o gölün dolaraq daşma və ya dağılma təhlükəsi an məsələsidir. Bu da sianid gölünün yaxınlığından keçən Şəmkir çayının, Şəmkir su anbarının, o cümlədən, Kür çayının zəhərlənməsi deməkdir. Bütün bu problemlərə baxmayaraq, zavod yeni bir gölün inşasına hazırlaşır. Bu gölün həcmi 48.5 hektar ərazini zəbt edəcək. Bunun nələrə səbəb olacağını düşünmək belə acınacaqlıdır.
Sianid turşusu isə həddindən artıq zəhərlidir. Buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksəkdir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa, insan həyatı üçün öldürücü funksiyaya malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, onun mövcud olduğun hava ilə nəfəs alan şəxs zəhərlənir və sianidin miqdarından asılı olaraq zamanla ölür (miqdarı bir litrdə 0,2-0,3 milliqram olduqda tez, 0,1 milliqram olduqda isə tədricən öldürür. Gədəbəydə son illər baş verən xəstəliklərin, gənc yaşda olan ölümlərin, təbii qıtlığın səbəbi bu zəhərli göllərdir. Sızıntı və buxarlanma nəticəsində bu zəhər bütün rayona yayılır."
Gədəbəy rayonunun Arıqdam kəndi ərazisində salınan Anglo Asian Mining PLC şirkətinə məxsus Gədəbəy Qızıl-Mis Zavodunun inşası üçün, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (AIMC) 105 hektar bələdiyyə torpağını, 54 hektar da əhalinin mülkiyyətində olan torpaqları zorla alıb, dəyərindən qat-qat az kompensasiya ödənilib. Bu isə kəndlilərin haqlı narazılığına səbəb olub. Kənd sakinlərinin sözlərinə görə, zavodun fəaliyyəti onların həyatı üçün təhlükə yaradır, suda və havada zəhərlənmə baş verir. Kəndin 60 faizinin yaylağa çıxışı da bağlanıb, dağ hasarlanıb. Əhali mal-qaranı saxlamaqdan məhrum olub.
https://musavat.com/news/gedebeyde-cixan-qizil-yerli-sakinleri-yoxsullasdirir_124903.html?d=2
Reza Vəziri 1998-ci ildən Azərbaycanda bizneslə məşğuldur. Reza biznes karyerasına qədər inqilabdan əvvəlki İran hökumətində bir sıra yüksək vəzifələrdə çalışıb. O, İranın Ali Məhkəməsi Nazirliyinin Xarici Əlaqələr İdarəsinin rəisi olub. İnqilab zamanı o, Siyasi və Beynəlxalq Məsələlər İdarəsinin Rəisi idi. Reza İran Milli Universitetində hüquq dərəcəsi alıb. O, Azərbaycanın ABŞ-da keçmiş səfiri Hafiz Paşayevin himayəsi ilə Ceyms Beyker (James Addison Baker) ilə birlikdə 1995-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasını (US-Azerbaijan Chamber of Commerce) təsis edib. O hələ də bu təşkilatın həmsədridir. Təşkilatın baş ofisi Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin ofisində (1212 Potomac St NW, Washington, DC) yerləşir.
https://drive.google.com/file/d/1OWQ2PFxUGYwFM3fGPgLiK8bEX5UTz6P-/view
Reza Vəzinin Vaşinqton yaxınlığında 6833 Capri Place, Bethesda, Maryland adresində yerləşən malikanəsini görüntüləmək üçün link aşağıdadır. https://tinyurl.com/akahu4sb
© 2023 Söyüdlüyə Azadlıq
GoDaddy Destekli